BAYRAQDAR MEDİA – KKTC hökuməti xaricdə təhsil alan tələbələrin təqaüdlərinin ödənilməsi ilı bağlı mühüm addım atıb. Hökumət xüsusilə də Türkiyədə zəlzələnin baş verdiyini nəzərə xaricdəki kıbrıslı tələbələrə verilən təqaüdlərin ödənilməsinə dair qərar qəbul edib.
Star Kibris xəbər verir ki, artıq qərar artıq Maliyyə Nazirliyi tərəfindən icra da edilib: “Başbakanlık, xüsusilə Türkiyədə təhsil alan tələbələrin indiki vaxtda maddi sıxıntı çəkməməsi üçün dörd aylıq təqaüd ödənişinin fevralın 8-də edildiyini açıqlayıb. Açıqlamada deyilir ki, 2023-cü ilin yanvar və 2022-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün təqaüdlər ödənilib”.
Məlumata əsasən, açıqlamada 2023-cü ilin yanvar və 2022-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün təqaüdlər üçün ümumilikdə 16 milyon 641 min 984 türk lirəsi ödənildiyi bildirilib.