Press "Enter" to skip to content

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı artdı

Son yeniləmə: 9 Fevral 2023 15:35

BAYRAQDAR MEDİA – “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə“Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış sahibkarlıq subyektlərinin sayı 86-ya çatıb”.

KOBİA-dan BAYRAQDAR MEDİA-ya fevralın 9-da daxil olan məlumatda deyilir ki, “Startap” şəhadətnamələri “Allrent” MMC-nin evlərin icarəsi və”İncode” MMC-nin şənliklərin və toyların idarə edilməsi üçün onlayn platformaları, “AKİAB” MMC-ninbiznes üçün onlayn xidmətlər və kommunikasiya platforması, “Legalaid” MMC-nin hüquq məsləhət xidmətləri üçün mobil tətbiq, “AvtomatikaAz” MMC-ninağır tonnajlı tərəzilər üçün proqram təminatılayihələri üçün təqdim edilib.

Qeyd edilib ki, “Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli məhsul və ya xidmət istehsalı üçün təqdim edilir: “Bu sənəd KOB subyektini şəhadətnaməni aldığı tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir”.

Xəbərdə həmçinin bildirilir ki, “layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya yazılı və ya elektron qaydada müraciət edə bilərlər: “Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla bu linkdən tanış olmaq olar”

Mission News Theme by Compete Themes.