Press "Enter" to skip to content

Sosial Xidmətlər Agentliyi tərəfindən 561 idmançıya xidmət göstərilib

Paralimpiya İdman Kompleksi

BAYRAQDAR MEDİA – “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksi əlilliyi müəyyən edilmiş şəxslərin idman bacarıqlarının artırılmasında, müxtəlif idman yarışlarına hazırlığının, həmçinin tibbi-sosial reabilitasiyanın təşkilində mühüm rola malikdir”.

Bu barədə xəbər ƏƏSMN-dən BAYRAQDAR MEDİA-ya fevralın 9-da daxil olub.

Xəbərdə qeyd olunub ki, “ötən il Kompleksdə əlilliyi olan 561 idmançıya xidmət göstərilib. Hazırda 470 idmançı burada göstərilən xidmətlərdən yararlanır. Kompleksdə təlim-məşq toplanışları, idmançıların idman yarışlarına hazırlaşmaları üçün zəruri şərait yaradılıb. Məşqlər Azərbaycan Milli Paralimpiya Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunur”.

Həmçinin bildirilib ki, “ötən il burada daha iki paralimpiya idman növü – oxatma və tennis üzrə də məşqlərin keçirilməsinə başlanılıb. PİK-də hazırda 10-dan çox idman növü – paracüdo, parapouerlifting, oturaq voleybol, güllə atıcılığı, kamandan oxatma, üzgüçülük və s. üzrə məşqlər keçirilir. Onlardan 6-sı paralimpiya idman növlərinə daxildir”.

Qeyd edək ki, “Tokio-2020” Yay Paralimpiya Oyunlarında tarixi qələbələrə imza atan paralimpiyaçılarımızın bir hissəsi də PİK-də təlim-məşq prosesi keçib.

Mission News Theme by Compete Themes.