BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Xəbəri fevralın 9-da Prezidentin Mətbuat xidməti yayıb.
Sərəncamla 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu əldə etməsi üçün ictimai yayımçıya Azərbaycanın 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 940 min 500 avronun manat ekvivalentində vəsait ayrılır.