Son yeniləmə: 9 Fevral 2023 16:37
BAYRAQDAR MEDİA – “Nar” fevralın 9-da etibarən Naxçıvan Muxtar Respublikasında 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.
BAYRAQDAR MEDİA-ya bununla bağlı verilən mılumatda deyilir ki, artıq Naxçıvanda yaşayan “Nar” abunəçiləri yüksək sürətli və dayanıqlı mobil internetdən yararlana biləcəklər.
“Müştəri məmnuniyyəti hər zaman işimizin təməlində dayanır. Bu mənada, yüksək keyfiyyətli mobil rabitə xidmətlərinin yalnız paytaxt Bakıda deyil, eləcə də bölgələrdə təqdim edilməsi “Nar” üçün xüsusi önəm daşıyır. ”, – deyə “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke bildirib.
Məlumata əsasən, hazırda “Nar” 4G şəbəkəsi havalimanı ərazisi də daxil olmaqla, Naxçıvan şəhərini, o cümlədən Şahbuz rayonunda yerləşənAğbulaq istirahət mərkəzini əhatə edir: “Mobil operator bu ilin sonunadək Muxtar Respublika ərazisində 4G baza stansiyalarının sayını iki dəfə artırmağı planlaşdırır. Qeyd edək ki, ölkə üzrə “Nar” şəbəkəsi ərazinin 98,1%-ni, əhalinin isə 99,8%-ni əhatə edir”.