Press "Enter" to skip to content

Müdafiə Nazirliyi Türkiyəyə yardım göndərib

Müdafiə Nazirliyinin yardımını aparan yük avtomobili

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvlərinin qardaş ölkədə zərərçəkənlərə yardım etmələri üçün müvafiq hərbi hissələrdə toplama məntəqələri yaradılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 9-da Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən könüllü şəkildə gətirilən geyimlər və ərzaq məhsulları təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb.

Mission News Theme by Compete Themes.