Press "Enter" to skip to content

Erhan Arıklıdan təsirli paylaşım

Erhan Arıklı

BAYRAQDAR MEDİA – Bu günlər bütün türk dünyası qardaş Türkiyə üçün səfərbər olub. Elə KKTC-nin ictimai işlər və nəqliyyat naziri Erhan Arıklının fevralın 8-də sosial media hesabından “Gəl də ağlama” başlıqlı təsirli paylaşımından da bu mövzudan bəhs edilir.

Paylaşımda deyilir: “Sabah səhər tezdən Adıyamana təyyarə ilə getməliyik… İndiyədək bütün uçuşlarımızı sponsorların sayəsində pulsuz həyata keçirmişik. Amma Adıyaman üçün təyyarə tapa bilmədik. Son ümid olaraq Rusiyanın ən böyük tur operatorlarından biri olan Pegas rəsmilərinə zəng etdim. Vəziyyəti izah etdim. Heç düşünmədən bizə sabaha təyyarə ayırdılar. “Qiyməti nədir?”, deyə soruşdum. Cavabda donub qaldım. Şirkət nümayəndəsi Tolga Demirci, “Nə qiymət, cənab nazir? O qiymət Adıyamanda ödənilir…” dedi. İndi gəl də ağlama…”.

E.Arıklının paylaşımı, “Təşəkkürlər Ramazan Aktulqa, təşəkkürlər Tolga Demirci” sözləri ilə tamamlanıb.

Mission News Theme by Compete Themes.