Son yeniləmə: 9 Fevral 2023 15:42
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ səbəbindən 6-16 fevral tarixləri arasında keçiriləcək teatr tamaşalarını təxirə salıb.
Bu barədə Denizli Böyükşəhər Bələdiyyəsindən məlumat verilib.
Bildirib ki, Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 bal gücündə zəlzələ səbəbiylə Dənizli Tək Kişilik Teatr Oyunları Festivalı və 2 fərqli teatr tamaşasını ləğv edib.
Məlumata əsasən, Denizli Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrının 30-cu il dönümü tədbirləri çərçivəsində keçiriləcək Denizli Tək Adamlıq Teatr Oyunları Festivalının 6-16, Gönül Dağı sənətçiləri tərəfindən səhnələşdiriləcək “Sənət” adlı tamaşanın isə 10-11 fevral tarixlərində keçiriləcəyi nəzərdə tutulmuşdu.