Press "Enter" to skip to content

Bütün mənəvi dəyərlərin fransızsayağı tapdanması

Ceyhun Musaoğlu

Son yeniləmə: 9 Fevral 2023 21:03

Ceyhun Musaoğlu: Beynəlxalq jurnalist təşkilatları “Charlie Hebdo” jurnalından üzr istəməsəni tələb etməlidir

BAYRAQDAR MEDİA – “Fransanın “Charlie Hebdo” jurnalının Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı “Tanklara ehtiyac qalmadı” başlıqlı karikaturası bu ölkənin mediasına böyük utanc gətirən davranışdır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu deyib.

Onun sözlərinə görə, rəsmi Parisin türk dünyasına qarşı yönələn qərəzli siyasətinin illərdir şahidiyik: “Təbii ki, tam haqlı dərəcədə cavablarını da alırlar. Makron hakimiyyətinin yanlış mövqe sərgiləməsinə rəğmən adekvat olmayan münasibətləri siyasi mübarizə kimi dəyərləndirmək hardasa başadüşüləndir. Ancaq Türkiyədə yaşanan dəhşətli faciəni fransız jurnalının məsxərəyə qoyması insanlıqdan çox-çox uzaqdır və bütün mənəvi dəyərlərin, hüquqi şərtlərin, jurnalistika prinsiplərinin tapdanmasıdır”.

Türk rəssamdan “Charlie Hebdo” jurnalına şillə kimi cavab
Türk rəssamdan “Charlie Hebdo” jurnalına şillə kimi cavab

C.Musaoğlu deyib ki, beynəlxalq jurnalist təşkilatları “Charlie Hebdo” jurnalından üzr istəməsəni tələb etməlidir: “Şair Salam Sarvanın bir misrası var: “Adam göz yaşı içində gəmi oynatmaz, ay uşaq”. Bəli, dəqiq ifadə olunub. Vəhşət saçan o karikaturanın müəllifi, onun yayılmasına icazə verən, ümumiyyətlə bu murdar işi görən kimlər varsa, onlar adamlığa sığmayan hərəkət ediblər”.

Mission News Theme by Compete Themes.