Press "Enter" to skip to content

Türk Mədəniyyəti və İrsi Fondundan Türkiyəyə həmrəylik mesajı

Üzv dövlətlərin bayraqları endirilib

Son yeniləmə: 8 Fevral 2023 15:40

BAYRAQDAR MEDİA – “Türkiyənin cənub-şərqində baş vermiş şiddətli zəlzələlərlə əlaqədar ölkədə elan olunmuş ümummilli matəm səbəbilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (BTMİF) baş qərargahında üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya endirilib”.

BTMİF-dən fevralın 8-də BAYRAQDAR MEDİA-ya verilən xəbərdə deyilir ki, “bununla Fond tərəfindən təşkilatın qurucu üzv ölkəsi Türkiyəyə həmrəylik mesajı verilib”.

Həmçinin qeyd edək ki, BTMİF hadisənin meydana gəldiyi ilk saatlardan etibarən bəyanat yayıb.

Bəyanatda deyilir ki, “Can Türkiyəmizdə, episentri Kahramanmaraş şəhərində yerləşən güclü zəlzələnin baş verməsi xəbərini böyük sarsıntı ilə qarşıladıq. BTMİF bu kədərli gündə Türkiyənin yanında olduğunu bildirir, fəlakət nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa diləyir. Fond dağıntılar altında qalan vətəndaşların sağ-salamat xilas edilməsini arzulayır, lazımi dəstəyi göstərməyə hər zaman hazır olduğunu bildirir. Dualarımız qardaş və bacılarımızladır”.

Mission News Theme by Compete Themes.