Press "Enter" to skip to content

Tibbi ölçmə cihazlarının dəqiqliyi yoxlanılıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

BAYRAQDAR MEDİA – “Səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazlarının qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən metroloji nəzarət tədbirləri davam etdirilir”.

BAYRAQDAR MEDİA-ya bu barədə fevralın 8-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Xəbərdə deyilir ki, “Dövlət Xidməti tərəfindən TƏBİB-in tabeliyində olan, Bakı və ətraf regionlarda yerləşən 54 tibb müəssisəsində – xəstəxana, stasionar müəssisələr, tibb mərkəzləri, institutlarda Birliyin iştirakı ilə monitorinqlər keçirilib. Bu çərçivədə həmin tibb müəssisələrində istifadə olunan 4 min 584 tibbi cihaz və avadanlığın – rentgen və diaqnostik cihazlar, kardiomonitor, ultrasəs müayinə cihazı və s. dəqiqliyi yoxlanılaraq metroloji norma və qaydalara uyğunlaşdırılması təmin olunub. Qanunvericiliyin tələblərinə görə, mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrində tipi təsdiq edilməmiş, metroloji norma və qaydalara uyğunluğu baxımından dövri yoxlanılmaya təqdim edilməmiş tibbi ölçü cihazlarının istifadəsi qadağandır”.

Xəbərə görə, Dövlət Xidməti tərəfindən özəl tibb müəssisələrində istifadə olunan tibbi cihaz və avadanlıqların metroloji norma və qaydalara uyğunluğunun təmin edilməsi istiqamətində də zəruri tədbirlərin görülməsinə başlanılıb.

Qeyd edək ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Mission News Theme by Compete Themes.