Son yeniləmə: 8 Fevral 2023 17:12
BAYRAQDAR MEDİA – TƏBİB-in dəstəyi ilə Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəz yeni tibbi avadanlıqlarla təchiz edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 8-də TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Perinatal Mərkəzin Neonatal reanimasiya və intensiv terapiya şöbəsivaxtından əvvəl doğulmuşlar üçün yeni reanimasiya zalı, müasir küvəzlər, çoxfunksiyalı monitorlar, infuzomatlarla təmin olunub: “Bununla yanaşı, tibb müəssisəsində 8 reanimasiya çarpayısıartırılıb (panel vasitəsi iləhava oksigen vakuum nöqtəsi olmaqla). 2 reanimasiya masası və Neopuff -T- Parçalı canlandırıcı cihazı da yeni avadanlıqlar sırasındadır”.
Qeyd edilib ki, Perinatal Mərkəzdə yeni avadanlıqların təchizindən sonra eyni anda müxtəlif dərəcəlitənəffüs dəstəyinə, neonatal reanimasiya xidmətinə ehtiyacı olan 20 körpəyə xidmət etmək mümkün olacaq: “Yeni reanimasiya zalı vaxtından əvvəl doğulmuş az, çox az və ekstremal az çəkili körpələrin çeşidlənməsibaxımından müalicə işinə müsbət təsir göstərəcək. Əlavə olaraq Qadın sağlamlıq kabineti kolposkop, ROP müayinəsi uçün indirekt oftolmoskop və KTQ aparatları, 3D və 4D USM avadanlıqları ilə təmin olunub”.