Press "Enter" to skip to content

Kosovada da milli matəm elan edilib

Kosova bayrağı

BAYRAQDAR MEDİA – Kosova Prezidenti Vjosa Osmani Türkiyədə baş verən təbii fəlakət səbəbilə fevralın 8-də ölkədə bir günlük milli matəm elan edildiyini açıqlayıb.

Balkan News xəbər verir ki, o, bununla bağlı Kosova Prezidenti Vjosa Osmani sosial media hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Biz bu cür faciələr qarşısında dəstəyə ehtiyacı olanların yanında olmalıyıq. Türk və Suriya xalqının dərdi bizim də ağrımızdır. Ona görə də konstitusiya səlahiyyətlərimə əsaslanaraq, çərşənbə günü, fevralın 8-ni Kosova Respublikasında milli matəm günü elan etdim”.

V.Osmani ehtiyac olduğu təqdirdə dəstəyi davam etdirməyə tam hazır olduqlarını da bildirib.

Xatırladaq ki, Kosova hökuməti axtarış-xilasetmə işlərinə dəstək vermək üçün dünən axşam saatlarında Kosovo Təhlükəsizlik Qüvvələrindən təxminən 30 nəfərdən ibarət kontingenti Türkiyəyə göndərib.

Mission News Theme by Compete Themes.