Press "Enter" to skip to content

Kosova Təhlükəsizlik Qüvvələrinin xüsusi bölməsi Türkiyəyə yollanıb

Kosova yardım heyəti

BAYRAQDAR MEDİA – Kosovanın müdafiə naziri Armend Mehaj, Kosovo Təhlükəsizlik Qüvvələrinin tərkibindəki xüsusi bölmənin zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatlarında iştirak etmək üçün Türkiyəyə hərəkət etdiyini açıqlayıb.

Bu barədə Balkan News məlumat yayıb.

Bildirilib ki, A.Mehaj sosial şəbəkədə yaydığı açıqlamada bölmənin şəhər axtarış-xilasetmə mütəxəssisləri, təcili tibbi yardım və K9 bölmələrindən ibarət olduğunu qeyd edib.

Ehtiyac olduğu halda tutumun artırılacağını dilə gətirən A.Mehaj, “Kosovonun hər zaman və hər yerdə dost ölkələrin və xalqların xidmətində olacaq peşəkar bir ordu var” deyib.

Mission News Theme by Compete Themes.