Press "Enter" to skip to content

İstanbulda yaşayan uyğur türkləri də səfərbər olunub

Doğu Türküstanlılar yardım toplayarkən

Son yeniləmə: 8 Fevral 2023 09:35

BAYRAQDAR MEDİA – İstanbulda yaşayan uyğur türkləri də zəlzələdən zərər çəkmişlərə yardım üçün səfərbər olunub.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, İstanbulda yaşayan Doğu Türküstanlılar artıq müvafiq addım da atıblar.

Məlumata görə, Doğu Türküstan QHT-ləri Beynəlxalq Birliyi yardım kampaniyasına başlamaqla bağlı açıqlama yayıb. Açqlamada deyilir: “Zəlzələdən sonra iclas keçirilib. İclasda zəlzələ bölgəsində axtarış-xilasetmə və yardım fəaliyyətləri həyata keçirmək üçün Mavi Aypara Axtarış və Xilasetmə qrupunun göndərilməsi qərara alınıb. Birlik daxilində iki təşkilat tərəfindən “Fövqəladə Hallara Müdaxilə Qrupu” yaradılıb. Fevralın 6-da saat 13.00-da 30 nəfərlik heyətlə zəlzələ bölgəsinə doğru yola düşüb”.

Mission News Theme by Compete Themes.