Son yeniləmə: 8 Fevral 2023 09:38
BAYRAQDAR MEDİA – Türkiyədə baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə qardaş ölkəyə ezam olunan hərbi tibb personalı hazırda Kahramanmaraş ərazisindədir.
Müxtəlif tibb ixtisasları üzrə təcrübəli hərbi həkimlər zəruri tibbi yardımın göstərilməsi üçün tam hazır vəziyyətdədir.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 8-də Müdafiə Nazirliyindən məlumat verilib
Qeyd edilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərdən ibarət heyəti Türkiyəyə göndərilib.