Press "Enter" to skip to content

Baş qərargah rəisindən komandanlığa tapşırıqlar – VİDEO

Kərim Vəliyev

Son yeniləmə: 8 Fevral 2023 10:35

BAYRAQDAR MEDİA – Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev bir neçə hərbi hissədə xidməti-döyüş fəaliyyətini, qoşun xidməti və döyüş növbətçiliyinin təşkilini yoxlayıb.

Fevralın 8-də Müdafiə Nazirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumatda bildirilib ki, “Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada bütün zəruri infrastruktur yaradılıb. Döyüş mövqelərində olan baş qərargah rəisinə əməliyyat şəraiti məruzə olunub”.

Xəbərdə həmçinin qeyd edilib ki, “Qarabağ iqtisadi rayonunda döyüş növbətçiliyi müasir texniki avadanlıqla təchiz olunmuş növbətçi qüvvə və vasitələrlə aparılır, qarşı tərəf fasiləsiz müşahidə edilir”.

Eləcə də K.Vəliyev döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması ilə bağlı komandanlığa müvafiq tapşırıqlar verib.

Mission News Theme by Compete Themes.