Press "Enter" to skip to content

Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı müzakirə edilib

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Vyetnamın Azərbaycana yeni təyin olunmuş səfiri Danq Min Xoyu qəbul edib.

Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya fevralın 8-də Energetika Nazirliyindən daxil olub.

Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib və Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı üzrə gələcək fəaliyyətində uğurlar arzulayıb. Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edilib.

Xəbərdə daha sonra “Azərbaycan və Vyetnam şirkətləri arasında əlaqələrin genişləndirilməsi imkanlarına diqqət yetirilib, neft-qaz sahəsi üzrə perspektiv addımlar nəzərdən keçirilib. Münasibətlərin inkişafı istiqamətində iki ölkə arasında hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyi vurğulanıb”, – deyə bildirilir.

Qeyd edək ki, görüşdə, həmçinin, iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti və Bakıda keçirilən sonuncu iclasdan ötən dövr ərzində görülən işlər nəzərdən keçirilib, növbəti iclasın yaxın dövrdə Vyetnamda keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.