Press "Enter" to skip to content

ADY sədri Qazaxıstana səfər edib

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 8 Fevral 2023 16:42

BAYARQDAR MEDİA – Fevralın 8-də Qazaxıstanın Almatı şəhərində “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının ümumi yığıncağı keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Səhmdar Cəmiyyətdən məlumat verilib.

Bildirilib ki, görüşdə 2022-ci il üzrə Fəaliyyət Planına dair hesabat dinlənilib: “Daha sonra müvafiq marşrut üzrə 2023-cü ilin fəaliyyət planı, tarif siyasəti və “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə yeni üzvlərin qəbulu müzakirə olunub”.

Məlumata əsasən, səfər çərçivəsində ADY sədri Qazaxıstan, Gürcüstan və Türkiyə dəmir yolları qurumlarının nümayəndə heyətləri ilə görüşüb. İkitərəfli görüşlərdə tranzit potensialının artırılması imkanları nəzərdən keçirilib.

Mission News Theme by Compete Themes.