Türkiyədəki zəlzələ ilə bağlı Yardım Toplama Məntəqəsi yaradılıb
BAYRAQDAR MEDİA – Fevralin 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması üçün işlər davam etdirilir. Bu arada zəlzələdən zərərçəkənlərə humanitar yardım göstərmək istəyən Azərbaycan vətəndaşlarına müraciət edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, “Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması Azərbaycan” adlı yardım toplama məntəqəsi yaradılıb.
Məntəqədən edilən çağırışda bildirilir ki, zəlzələdən əziyyət çəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var: “Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır”.