Press "Enter" to skip to content

Deputat: ABŞ-Çin gərginliyi dünya iqtisadiyyatına mənfi nəticələr vəd edir

Millət vəkili Vüqar Bayramov

Son yeniləmə: 7 Fevral 2023 11:17

BAYRAQDAR MEDİA – “ABŞ və Çin dünyanın iki ən böyük iqtisadi gücə malik olan ölkəsidir. Bu baxımdan ölkələr arasında münasibətlərin gərginləşməsi, təbii ki, bütövlükdə dünya iqtisadiyyatına təsir göstərir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Son günlər ABŞ və Çin arasında gərginliyin artması fonunda dünya iqtisadiyyatını hansı mənfi nəticələrin gözləməsinə dair sualı cavablandıran V.Bayramov deyib: “Nəzərə alaq ki, həm ABŞ, həm də Çin regional gücdür. Odur ki, bu ölkələrdə baş verənlərin, yaxud bu iki ölkə arasındakı gərginliyin qlobal iqtisadiyyata da mənfi təsirləri qaçılmazdır. Ona görə, əgər gərginlik daha da artarsa, qlobal iqtisadiyyatda resessiyanın daha da güclənəcəyi gözlənilir. Birmənalı şəkildə ABŞ və Çin arasındakı gərginlik dünya iqtisadiyyatı üçün mənfi nəticələr vəd edir”.

Mission News Theme by Compete Themes.