Press "Enter" to skip to content

VIII və IX sinifləri üzrə monitorinq keçirilir

Monitorinq təlim dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir

Son yeniləmə: 7 Fevral 2023 13:28

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin VIII və IX sinifləri üzrə monitorinq keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 7-də qurumun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, BŞTİ tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.

Məlumata əsasən, monitorinq təlim dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir: “Təhsilalanlara təlim dili üzrə 4-ü açıq sual olmaqla 30, riyaziyyat fənni üzrə 10-u açıq sual olmaqla 25, xarici dil üzrə isə 4-ü açıq olmaqla 30 sual təqdim olunur. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilir. Qeyd edək ki, monitorinqlər bitdikdən sonra nəticələr bal və məzmun təhlili formasında təhsil müəssisələrinə təqdim olunacaq”.

Mission News Theme by Compete Themes.