BAYRAQDAR MEDİA – Qırğızıstan zəlzələ ilə əlaqədar Türkiyəyə 63 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda deyilir ki, Qırğızıstan Prezidenti Sadır Caparovun göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan 63 nəfərdən ibarət axtarış-xilasetmə qrupu Kahramanmaraşda baş verən zəlzələ ilə əlaqədar Türkiyəyə göndərilib: “Qırğızıstan Fövqəladə Hallar Nazirliyi xilasetmə qrupunun mərasimlə Türkiyəyə yola salındığını qeyd edib. Bildirilib ki, tibb işçiləri və psixoloqlar, axtarış-xilasetmə əməkdaşlarından ibarət qrupla birlikdə iki xüsusi təlim keçmiş it Türkiyəyə göndərilib”.