BAYRAQDAR MEDİA – Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş Türkiyəyə yola salınıb.
Xəbəri fevralın 7-də FHN yayıb.
Xəbərdə deyilir ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-in yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.
Təyyarədə mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət qardaş ölkəyə göndərilib.
“Dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün nəzərdə tutulan çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqları çatdıracaq ikinci təyyarə isə yaxın saatlarda yola salınacaq”, – deyə FHN-dən bildiriblər.
Əlavə edək ki, Müdafiə Nazirliyinin həkimləri də qardaş ölkəyə yardıma gedib.