BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə fevralın 6-da baş vermiş ağır zəlzələ bütün dünyanın hərəkətə keçməsinə, bu ölkəylə həmrəylik nümayiş etdirməsinə səbəb olub. Düzdür, sosial mediada ermənilər və onların fransız bacıları toy-bayram havasındadır. Amma heç bir normal insan bu acıya biganə qalmır, Türkiyə ilə bacardığı şəkildə həmrəylik ifadə edir.
Bu baxımdan Türkiyənin də üzvü olduğu Quzey Atlantika Müqaviləsi Təşkilatı – NATO-nun Brüsseldəki baş qərargahı önündə dalğalanan üzv dövlətlərin bayraqları fevralın 7-də yarıya qədər endirilib.
NATO baş qərargahından bununla bağlı edilən sosial media paylaşımında deyilir ki, “NATO baş qərargahının bütün bayraqları bu gün bizim tərəfdaşımız Türkiyə ilə həmrəylik nümayişi üçün yarıya qədər endirilib”.
All flags at NATO Headquarters are at half-mast today in solidarity with our Ally #Türkiye 🇹🇷 pic.twitter.com/xCjyApKVff
— NATO (@NATO) February 7, 2023