Press "Enter" to skip to content

Mərkəzi Elmi Kitabxanaya latış dilində kitab daxil olub

Kitabın üz qabığı

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasına Riqa şəhərində latış dilində nəşr edilmiş “Şuşa – Azərbaycanın incisi” kitabı daxil olub.

Qurumun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən fevralın 7-də BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, Prof. Kaspars Klavinş, Prof. Elçin Əhmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Sultanovanın həmmüəllifi olduğu kitab Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü ilə latış dilində işıq üzü görən ilk nəşrdir.

Riqa şəhərində nəfis tərtibatda çap edilmiş kitabda Şuşa şəhərinin tarixi, mədəni irsi və görkəmli şəxsiyyətləri, Ümummilli lider Heydər Əliyevin Şuşanın inkişafına göstərdiyi qayğı və Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşanın işğaldan azad olunmasından sonra burada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verilir.

Qeyd edək ki, sözügedən kitab UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə “Şuşa İli” çərçivəsində nəşr olunub.

Mission News Theme by Compete Themes.