Press "Enter" to skip to content

Koordinasiyalı fəaliyyət olduqca əhəmiyyətlidir

Mikayıl Cabbarov tədbirdə çıxış edərkən

Son yeniləmə: 7 Fevral 2023 14:06

Naxçıvan Dövlət Vergi Xidmətinin rəisi kollektivə təqdim olunub

BAYRAQDAR MEDIA – Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi təyin edilmiş Abbas İsmayılov kollektivə təqdim olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 7-də Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abbas İsmayılov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Ali Məclis sədrinin səlahiyyətlərini icra edən Azər Zeynalovun 6 fevral tarixli Sərəncamı ilə bu vəzifəyə təyin olunub.

Məlumata əsasən, tədbirdə iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli xidmət rəisini təyinat münasibətilə təbrik ediblər, fəaliyyətində uğurlar arzulayıblar: “Qeyd olunub ki, iqtisadi sahədə aparılan islahatlar biznesdə və dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsinə hədəflənib. Bu baxımdan, vergi inzibatçılığı və idarəçiliyi sahəsində ciddi dəyişikliklər aparılır, vergi nəzarətimexanizmləri təkmilləşdirilir və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasındarəqəmsallaşmanın tətbiqi genişləndirilir, iqtisadi artımın bərpası üçün vergi təşviq alətlərindən geniş istifadəedilir. Həyata keçirilən vergi siyasəti “kölgə iqtisadiyyatı”nın miqyasının əhəmiyyətlidərəcədə azaldılmasına, iqtisadiyyatda şəffaflığın artmasına imkan yaradır”.

Diqqətə çatdırılıb ki,dövlətin fiskal siyasətini həyata keçirən orqanlar olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin koordinasiyalı fəaliyyəti olduqca əhəmiyyətlidir: “Bu baxımdan metodiki köməkliyin göstərilməsi təmin edilməli, hüquqi münasibətlərinin tənzimlənməsində, fiskal siyasətin həyatakeçirilməsində vahid yanaşmanın tətbiqi, həmçinin müsbət təcrübələrin inteqrasiyası üçün bütün zəruri tədbirlər qarşılıqlı olaraq həyata keçirilməlidir. Fəaliyyətin bu cür qurulmasının vergi orqanlarının qarşısında duranvəzifələrin daha çevik, şəffaf və sistemli şəkildə icrasına müsbət təsir göstərəcəyi, dövlət başçısının qarşıya qoyduğu tapşırıq və vəzifələrin icrasına uyğun hədəflərə nail olunacağı vurğulanıb”.

O da qeyd edilib ki, A.İsmayılov yüksək etimada görə minnətdarlığını ifadə edib, qarşıya qoyulmuş vəzifələrin icrası üçün səylərini səfərbər edəcəyini bildirib.

Xatırladaq ki, A.İsmayılov 14 aprel 1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1992-ci ildən bu günə qədər vergi orqanlarında çalışır. Son illərdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Baş vergi xidməti müşaviri, iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Mission News Theme by Compete Themes.