Press "Enter" to skip to content

İTC və Türkmən Qardaşlıq Ocağından Türkiyə ilə həmrəylik

Türkmən qeyri-hökumət təşkilatları ianə kampaniyası təşkil edib

Son yeniləmə: 7 Fevral 2023 15:18

BAYRAQDAR MEDİA – Türkmən qeyri-hökumət təşkilatları Türkiyədə zəlzələ nəticəsində zərərçəkənlərlə həmrəylik məqsədilə ianə kampaniyası təşkil edib.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Məlumatda deyilir ki, təşkil edilən yardım kampaniyasında qida, dərman, qış paltarı kimi əsas ehtiyacların toplanması və ehtiyacların toplanması üçün ünvanlar müəyyən edilib.

Bildirilib ki, yardım İraq Türkmən Cəbhəsinin (İTC) vilayətlərdəki qolları (Səlahəddin, Mosul və Təlafer- Ərbil- Süleymaniyyə, Kifri, Diyalə – Bağdad qolları) vasitəsilə toplanacaq.

Eyni zamanda Türkmən Qardaşlıq Ocağı Türkiyədə zəlzələ qurbanları ilə həmrəylik çərçivəsində dörd vilayətdə, Kərkük, Bağdad, Ərbil və Mosulda ədyal toplama kampaniyasına başladığını açıqlayıb.

Ocaqdan verilən açıqlamada, fevralın 7-dən etibarən Türkiyədə zəlzələdən zərərçəkənlərə göndərilmək üçün ədyalların toplanacağı bildirilib.

Mission News Theme by Compete Themes.