BAYRAQDAR MEDİA – Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycana yeni təyin edilmiş bir neçə səfirin etimadnaməsini qəbul edib.
Bu haqda xəbərləri Prezidentin Mətbuat xidməti yayıb.
Xəbərlərdə deyilir ki, İ.Əliyev Konqonun yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.
Daha sonra ölkə başçısı Namibiya səfiri Klemens Xanduukeme Kaşuupulvanın etimadnaməsini qəbul edib.
Prezidentə etimadnaməsini təqdim edən növbəti diplomat Vyetnam səfiri Danq Min Xoy olub.
Laos səfiri Vilavan İyapohe də fevralın 7-də Prezident İ.Əliyevin qəbulunda olub və etimadnaməsini təqdim edib.