Son yeniləmə: 7 Fevral 2023 14:37
BAYARQDAR MEDİA – Qaradəniz Mədəniyyət Dərnəyinin ənənəvi Hamsi festivalı növbəti dəfə Girnedə olub. Festival Trabzon Böyükşəhər Bələdiyyəsi və Girne Bələdiyyəsinin dəstəyi ilə keçirilib.
Bu barədə Kibris Postasi məlumat yayıb.
Məlumata görə, festivalın açılış mərasimində Cümhurbaşqanı Ersin Tatar, parlamentin sıdri Zorlu Töre, ikinci Cümhirbaşqanı Mehmet Ali Talat, Təhlükəsizlik Qüvvələri komandanı general-mayor Zorlu Topaloğlu, bəzi nazirlər, millət vəkilləri, bələdiyyə başçıları və çox sayda vətəndaş iştirak edib.
KKTC-nin ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı mırasimdəki çıxışında KKTC-dəki Qara dəniz kəndlərinə ziyarətlər zamanı insanların onlardan iki şey istədiyini deyib. Bunlardan birinin birbaşa Trabzona təyyarə səfəri, digərinin isə Türkiyədəki səhiyyə xidmətlərindən fasiləsiz yararlanma haqqı olduğunu söyləyib.
Digər çıxışlardan sonra mırasim musiqi nömərləri ilə davam edib.