Press "Enter" to skip to content

FHN qüvvələri qardaş ölkədə axtarış-xilasetməyə başlayıb – VİDEO

Azərbaycanlı xilasedicilər iş başında

BAYRAQDAR MEDİA – “Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir”.

Fevralın 7-də qurumdan BAYRAQDAR MEDİA-ya verilən xəbərdə deyilir ki, “artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş bölgəsində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıb. Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində 1 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.

Qeyd edək ki, əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Mission News Theme by Compete Themes.