Son yeniləmə: 7 Fevral 2023 12:11
BAYRAQDAR MEDİA – “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2 saylı regional bölməsi yeni ünvan – Sumqayıt şəhəri, Sülh küçəsi, 76-da fəaliyyət göstərəcək”.
AİBNDX-dən fevralın 7-də BAYRAQDAR MEDİA-ya verilən xəbərdə deyilir ki, bununla əlaqədar keçirilən tədbirdə sözügedən xidmətin nümayəndələri və sahibkarlar iştirak ediblər.
Yeni inzibati binada Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Sumqayıt regional bölməsi, Azərbaycan Metrologiya İnstitutunun Şimal Regional Ərazi İdarəsi və İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-nin Abşeron regional bölməsi də fəaliyyət göstərəcək.
Daha sonra xəbərdə bildirilir ki, “açılış tədbirindən sonra yeni inzibati binada sahibkarlarla görüş keçirilib, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı sahibkarların hüquq və vəzifələri barədə məlumat verilib, suallar cavablandırılıb”.