Press "Enter" to skip to content

Bölmələrin döyüşə hazırolma qabiliyyəti yoxlanılıb – VİDEO

Bölmələr qarşılıqlı əlaqədə müxtəlif tapşırıqları yerinə yetiriblər

Son yeniləmə: 7 Fevral 2023 11:18

BAYRAQDAR MEDİA – Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar praktiki məşğələlər keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 7-də Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, plana uyğun olaraq bölmələrin “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk etməsi məşq etdirilib: “Müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşqlərdə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunlarının bölmələri qarşılıqlı əlaqədə müxtəlif tapşırıqları yerinə yetiriblər”.

Bildirilib ki, məşğələlərdə əsas məqsəd mümkün təhdidlərin qarşısını dərhal almaq məqsədilə qoşunların döyüşə hazırolma qabiliyyətinin daha da inkişaf etdirilməsi, eləcə də bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsini təmin etməkdir.

Mission News Theme by Compete Themes.