BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 7-də Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək.