Son yeniləmə: 7 Fevral 2023 10:02
BAYRAQDAR MEDİA – Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş terror hücumunun yeni ayrıntıları bəlli olub. Bu haqda məlumatı Xarici İşlər Nazirliyi təqdim edib.
Əldə olan video görüntüləri və hadisə şahidlərinin ifadələrindən də bəlli olur ki, baş vermiş hadisə, rəsmi Tehranın iddia etdiyi kimi, məişət məsələsi deyil. Bu hadisədə terrorçunun əməlli-başlı hazırlıqlı olması, eyni zamanda diplomatik polisin özünü olduqca “təmkinli” apararaq terrorçuya əngəl olmaması onu təsdiqləyir ki, hadisə planlı şəkildə, həm də dövlətin bilgisi çərçivəsində olub.
Bir sözlə, Azərbaycan səfirliyinə edilmiş o hücum dövlət dəstəkli terror hadisəsidir və arxasında da rəsmi Tehran – İran dövləti dayanır.
XİN-in təqdim etdiyi materiallar əsasında İTV-də efirə verilmiş videoda hər şey aydın görünür və əlavə suallara, həmçinin şübhələrə yer qalmır.