BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2022-ci il dekabrın 18-də keçirilmiş dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanında uğur qazanmış namizədlərə sertifikatların verilməsinə başlanılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 6-da DİM-dən məlumat verilib.
Bildirilb ki, namizədlər sertifikatı şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə Mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində əldə edə bilərlər.