Press "Enter" to skip to content

Sürgündəki Tatarıstan Hökumətinin yeni Baş naziri

Rafis Kaşapov

BAYRAQDAR MEDİA – Sürgündəki Tatarıstan Hökuməti özünə yeni Baş nazir seçib. Bu, baş nazirin müavini Rafis Kaşapov olub.

Xəbəri R.Kaşapov yayıb.

Xəbərdə deyilir ki, fevralın 5-də 2023-cü il üçün Sürgündəki Tatarıstan Hökumətinin ilk toplantısı keçirilib. Toplantıda fəaliyyətdə olan Baş nazir Vil Sultan oğlu Mirzoyanov Baş nazir vəsifəsindən istefa verib. O, eyni zamanda yeni Baş nazir vəzifəsinə Rafis Rafail oğlu Kaşapovun namizədliyini irəli sürüb.

Toplantı iştirakçıları R.Kaşapovun namizədliyinə yekdilliklə səs verərək onu Sürgündəki Tatarıstan Hökumətinin Baş naziri seçiblər.

Baş nazir vəzifəsindən istefa verən V.Mirzoyanov isə Sürgündəki Tatarıstan Hökumətinin fəxri müşaviri kimi təsdiq edilib.

R.Kaşapov Baş nazir vəzifəsini 2027-ci ilin 5 fevralınadək – 4 il müddətinə icra edəcək.

Yeni tərkibdəki hökumət hər şeydən öncə Tatarıstanın Rusiyanın işğalından azad edilməsi məqsədinə nail olmağı hədəfləyir. Bu hökumət yaxın perspektivdə azad Tatarıstan qurmaqla tatar xalqının ruslar tərəfindən məhv edilməsinin qarşısını almaq istəyir.

Qeyd edək ki, R.Kaşapov Rusiyada tatar azadlıq hərəkatının fəallarından olub. O, Rusiyanın Krımı işğalına etiraz etdiyi üçün 2014-cü ildə həbs edilərək 3 il həbsdə yatıb. R.Kaşapov 2017-ci ilin dekabrında həbsdən çıxdıqdan sonra 2018-ci ilin əvvəlində Rusiyanı tərk edib, hazırda Londonda yaşayır və Tatarıstanın tam müstəqilliyi uğrunda mübarizə aparır.

Mission News Theme by Compete Themes.