Press "Enter" to skip to content

Prezidentin tapşırığıyla Azərbaycanın çevik qüvvələri Türkiyəyə yollanır

Zəlzələnin əhatə dairəsi

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə fevralın 6-sı yerli vaxtla səhər saat 4.17-də baş vermiş güclü zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Azərbaycandan çevik qüvvələr göndəriləcək.

Bu haqda xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

Xəbərdə deyilir ki, “Azərbaycan Prezidentinin tapşırığına əsasən, Türkiyəyə yola düşəcək Fövqəladə Hallar Nazirliyinin çevik qüvvələrinin hazırlıq işlərinə başlanılıb”

Daha sonra bildirilir ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-in ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.

Azərbaycan qardaş Türkiyəyə hər cür yardıma hazırdır – PREZİDENT

Mission News Theme by Compete Themes.