BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, qardaş Türkiyədə növbəti dəfə təbii fəlakət baş verib.
Anadolu Ajansının məlumatına görə, episentri Kahramanmaraş şəhəri olmaqla bir çox şəhər və rayonlarda zəlzələ olub.
Afet ve Acil Durum Yönetimi Başkanlığının (AFAD) məlumatında deyilir ki, ilk olaraq yerli vaxtla səhər saat yer 04:17-də Kahramanmaraşın Pazarçık ilçəsində 7,4 bal gücündə zəlzələ olub. Bunun ardınca isə saat 04:26-da Gaziantepin Nurdağı ilçesinde 6,4 bal gücündə və saat 04:36-da Gaziantepin İslahiye ilçesinde 6,5 bal gücündə təkanlar baş verib.
Ümumilikdə Gaziantep, Malatya, Batman, Bingöl, Elazığ, Kilis, Diyarbakır, Mardin, Siirt, Şırnak, Van, Muş, Bitlis, Hakkari, Adana, Osmaniye ve Hatayda hiss edilən zəlzələ nəticəsində çoxlu sayda ölən və yaralananlar var. Təbii fəlakət nəticəsində xeyli sayda bina dağlıb.
Artıq dövlət rəsmiləri təbii fəlakət bölgəsinə yollanılblar.
Türkiyənin vitse-prezidenti Fuat Oktay və bəzi nazirlər zəlzələdən dərhal sonra AFAD Koordinasiya mərkəzinədə fəaliyyətə başlayıblar.
Təbii fəlakətdən dərhal sonra ərazilərdə xilasetmə işlərinə başlanılıb.