Press "Enter" to skip to content

Erhan Arıklı: KKTC-nin adı dəyişdirilməlidir

Erhan Arıklı

Son yeniləmə: 6 Fevral 2023 14:54

BAYRAQDAR MEDİA – Yenidən Doğuş Partiyasının (YDP) genel başqanı, KKTC-nin ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı sosial media hesabı vasitəsilə Türkiyənin vitse-prezidenti Fuat Oktayın “Kıbrıs Türk Dövləti” ifadəsini dəyərləndirib.

Giynik Gazetesi xəbər verir ki, F.Oktayın açıqlamasından sonra KKTC-nin adının dəyişdirilməsi məsələsinin gündəmə gəldiyini qeyd edən E.Arıklı, “Hörmətli Fuat Oktayın açıqlaması təsadüfi deyil. Bu, yaxşı düşünülmüş və dolğun bir təklifdir” deyib.

E.Arıklı YDP olaraq partiya yaranandan bəri bu məsələni gündəmə gətirdiklərini bildirib: “Fikrimizcə, dövlətimizin adı dəyişməli idi”.

Məlumata əsasən, E.Arıklı dövlətin adının dəyişdirilməsini istəməsinin səbəblərini belə sıralayıb:

1) “Kıbrıs Türk Dövləti” adı Annan Planında BMT tərəfindən bizə verilmiş bir addır. Biz bu addan istifadə edərək bir vaxtlar İƏT-ə üzv olduq. Bu addan istifadə etməklə və Annan Planı dövründə bizə verilən vədləri xatırladaraq Kipr Türk Dövlətini dünyaya daha asan tanıda biləcəyimizə inanırıq.

2) “Kuzey” sözü ölkə üçün istifadə edildikdə, bölünmə mənasını verir. Sanki eyni millətin yaşadığı ölkə siyasi səbəblərdən parçalanıb iki ayrı ölkəyə çevrilib. Doğu-Batı Almaniya və s. Halbuki Kıbrısda bölünmüş millət və bölünmüş dövlət yoxdur. Dili, dini, irqi və mədəniyyəti fərqli olan iki fərqli xalq var. Bu tərəflərdən biri öz müqəddəratını təyinetmə hüququndan istifadə edərək 1983-cü ildə öz dövlətini qurmuşdur. İki ayrı dövlət tezisində israr etdiyimiz üçün “Kuzey” sözünü siyasi mənada işlətməyimiz düzgün deyil.

3) KKTC-nin adının dəyişdirilməsi üçün konstitusiya dəyişikliyi gündəmə gətiriləcək. Bizim üçün bu bir fürsətdir. Konstitusiyanı dəyişdirmək qərarına gəlsək, 1960-cı ildəki Kıbrıs Cümhuriyyətinin nəzərdə tutduğu Cümhurbaşqanlığı sisteminə asanlıqla keçə bilərik. Cümhurbaşqanlığı sistemi ilə Güney Kıbrısda olduğu kimi ölkəmizdə də sabit hökumətlər dövrü başlaya bilərik.

4) KKTC-nin adı KKTC və Türkiyə düşmənləri tərəfindən bilərəkdən “Ka-Ka Te-Ce” kimi yazılır. Bu satqınlar dövlətimizin adını belə yazmaqla həm Türkiyəni, həm də KKTC-ni təhqir edirlər. Ad dəyişikliyi ilə bu sui-istifadəçilərin dövlətimizi təhqir etməsinin qarşısını alacağıq.

Bu məsələnin ancaq dövlətə inananların müzakirə etməsi lazım olduğunu bildirən E.Arıklı, “KKTC-yə inanmayanlar da öz fikirlərini ifadə edərək KKTC adına sahib çıxması çox ilgincdir. Məncə, yaxşı inkişafdır. Nəticə etibarilə, sadalaya biləcəyimiz bir çox səbəbə görə KKTC adının dəyişdirilməsi lazımdır” deyib.

Mission News Theme by Compete Themes.