Son yeniləmə: 6 Fevral 2023 14:54
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində Dünya Barış Üniversiteti (World Peace University) qurulub.
Bu barədə Kibris Türk məlumat yayıb.
Məlumatda deyilir ki, Yükseköğretim, Planlama, Denetleme, Akreditasyon ve Koordinasyon Kurulunun (YÖDAK) yanvarın 25-də apardığı araşdırmadan sonra universitetin təhsilə başlamaq üçün icazə aldığı açıqlanıb.
Universitetdən verilən yazılı açıqlamaya görə, Qəyyumlar Şurasının sədri Sofu Altınbaşın rəhbərlik etdiyi ali təhsil ocağı “Sülhsevər bir təhsil mühiti yaradan universitet” şüarı ilə yaradılıb.
Bildirilib ki, Kuzey Kıbrısın 26-cı universiteti kimi fəaliyyət göstərəcək bu ali təhsil ocağında hələlik üç fakültə olacaq. İlk tədris ilinə 2023-cü ilin martında başlayacaq universitet akademik həyata və ali təhsilə yeni bir anlayış gətirməyi hədəfləyir.