Press "Enter" to skip to content

Ceyhun Bayramov ilə Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub

Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu

Son yeniləmə: 6 Fevral 2023 11:29

Azərbaycan Prezidentinin tapşırığı əsasında yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş Türkiyəyə yola düşəcək

BAYRAQDAR MEDİA – Xarici işlər naziri Ceyhun Bayramov qardaş Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğluya zəng vurub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı nazir C.Bayramov qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər güney bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Nazir yaralıların tezliklə sağalmasını arzulayıb.

Məlumata əsasən, nazir C.Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Azərbaycan Prezidentinin tapşırığı əsasında yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş Türkiyəyə yola düşəcəyi bildirilib.

Nazir M.Çavuşoğlu bu həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.

Mission News Theme by Compete Themes.