BAYRAQDAR MEDİA – Güney Kıbrısda keçirilən prezident seçkilərində səslərin 80 faizi hesablanıb.
Bu barədə Kibris Türk məlumat yayıb.
Bildirilib ki, nəticələrə görə, 31,75 faiz səs toplayan Nikos Hristodulidis və 29,34 faiz səs toplayan Andreas Mavroyannisin ikinci turda mübarizə aparacaqlar.
Seçkilərin ikinci turu bazar günü, fevralın 12-də keçiriləcək.