BAYRAQDAR MEDİA – Azərbaycanın Baş naziri Əli Əsədov qardaş Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı bu ölkənin vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.
Xəbəri BAYRAQDAR MEDİA-ya Nazirlər Kabinetindən veriblər.
Xəbərdə deyilir ki, “məktubda faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara və xəsarət alanlara şəfa dilənib”.
O da bildirilir ki, eyni zamanda Azərbaycan Prezidentinin tapşırığı üzrə “təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görüldüyü vurğulanıb”.
Prezidentin tapşırığıyla Azərbaycanın çevik qüvvələri Türkiyəyə yollanır