Press "Enter" to skip to content

Azərbaycanlı xilasedicilər artıq Türkiyədədir – VİDEO

Xilasediciləri aparan Azərbaycan uçağı Adana hava limanında

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, qardaş Türkiyədə fevralın 6-sı səhər saatlarında baş vermiş güclü zəlzələnin nəticələrini aradan qaldırmaq, zərərçəkənlərə yardım etmək üçün Azərbaycandan böyük heyət göndərilib.

Prezidentin tapşırığıyla Azərbaycanın çevik qüvvələri Türkiyəyə yollanır

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, artıq Azərbaycanlı xilasedicilər qardaş ölkəyə çatıb.

“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb. Hazırda çevik xilasetmə qüvvələri axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Türkiyənin Adana şəhərindən dağıntıların daha çox baş verdiyi bölgələrə doğru hərəkət edir”, – deyə Nazirliyin xəbərində bildirilir.

Mission News Theme by Compete Themes.