Press "Enter" to skip to content

Azərbaycan müdafiə nazirindən qardaş ölkəyə başsağlığı

Türkiyədə zəlzələ

BAYRAQDAR MEDİA – Azərbaycan müdafiə naziri Zakir Həsənov qardaş Türkiyənin milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya fevralın 6-da Müdafiə Nazirliyindən daxil olub. Başsağlığında deyilir ki, “Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Biz hər zaman qardaş Türkiyənin yanındayıq”.

Məlumatda daha sonra qeyd edilir ki, Z.Həsənov, “Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm. Allah rəhmət eləsin” sözlərini ifadə edib.

Mission News Theme by Compete Themes.