Press "Enter" to skip to content

Albaniyada FETÖ bəlası

Hünkar məscidi

Son yeniləmə: 6 Fevral 2023 15:56


BAYRAQDAR MEDİA – Albaniyanın Berat şəhərindəki Hünkar məscidində bu ölkədə FETÖ terror təşkilatına bağlı İslam Birliyi tərəfindən təyin edilən imama camaat tərəfindən etiraz edilib.

Bu barədə Balkan News məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar tərəfindən çəkilən videoda imamın cümə xütbəsi üçün minbərə qalxarkən camaatın məscidi tərk etdiyi görünür.

Qeyd edilib ki, məsciddən çıxan camaat cümə namazını şəhərin digər məscidlərində qılıb.

Məlumata əsasən, Türkiyədə qanlı çevriliş cəhdi həyata keçirən FETÖ terror təşkilatına bağlı insanlar Albaniyada sərbəst dolaşmağa davam edir: “Paytaxt Tirana FETÖ-nün Balkanlardakı qalasıdır”.

Mission News Theme by Compete Themes.