Press "Enter" to skip to content

Xərçəng xəstələrinə dəstək konserti

Son yeniləmə: 3 Fevral 2023 09:50

BAYRAQDAR MEDİA – Fevralın 3-də KKTC Baş naziri Ünal Üstelin həyat yoldaşı Zerrin Üstelin himayəsi altında Yakın Doğu Universiteti – Atatürk Mədəniyyət və Konqres Mərkəzində Türk Klassik Musiqisi konserti keçiriləcək.

Kibris Türk xəbər verir ki, konsertdən əldə ediləcək gəlir Kanser Hastalarına Yardım Derneğinə veriləcək: “Dərnəkdən verilən məlumata görə, “4 Fevral -Dünya Xərçənglə Mübarizə Günü” tədbirləri çərçivəsində veriləcək konsertdə Bahar Gökhan və TRT Ankara Radiosunun artisti Bahadır Özüşen səhnə alacaq.

Kanser Hastalarına Yardım Derneğinin başqanı Raziye Kocaismail insanları konsertə dəvət edərək, “50 Tl ianə qarşılığında vətəndaşların türk klassik musiqisindən razı qalacağı gözəl gecədə musiqisevərlərimizin və xeyirxahlarımızın iştirakını gözləyirik” deyib.

Mission News Theme by Compete Themes.