Son yeniləmə: 3 Fevral 2023 09:31
BAYRAQDAR MEDİA – Krım Tatar Xalqı Məclisinin sədri Refat Çubarov Ukraynada hazırlanmaqda olan “Krım tatar xalqının statusu haqqında” qanun layihəsi ilə bağlı açıqlama verib.
Bu barədə Kırım Haber Ajansı məlumat verib.
Məlumata görə, o, deyib ki, qanun layihəsinin hazırlanması hazırda ekspertlər səviyyəsində davam edir.
“Ukrinform”a danışan KTMM sədri R.Çubarov bildirib ki, KTMM və Ukrayna prezidentinin Krım nümayəndəliyinin nümayəndələrindən ibarət işçi qrup sənədin mətnini hazırlayıb.
Ukrayna prezidentinin Krım nümayəndəliyinin qanun layihəsini baxılmaq üçün Venesiya Komissiyasına göndərməli olduğunu bildirən R.Çubarov deyib: “Sənədin parlamentdə qəbul olunmasını təmin etmək üçün ekspertlər səviyyəsində iş davam edir”.
Qeyd edilib ki, Ukrayna parlamentində Prezident Vladimir Zelenskinin 2021-ci il mayın 18-də parlamentə təqdim etdiyi “Ukraynanın yerli xalqları haqqında” qanun layihəsi 2021-ci il iyulun 1-də keçirilən növbədənkənar iclasda təsdiqlənib. Sözügedən qanunla Krım tatarları, karaitlər və krımçaklar Ukraynanın yerli xalqları kimi tanınırlar. Parlamentdəki 345 deputatdan 325-i qanuna “hə” səs verib. Krım tatarlarına yerli xalq statusu verən qanunu parlamentdə Rusiyayönlü bir partiya istisna olmaqla, bütün qruplar dəstəkləyib.