Press "Enter" to skip to content

Türkiyəyə qarşı yeni psixoloji müharibə

Süleyman Soylu

Son yeniləmə: 3 Fevral 2023 12:11

Süleyman Soylu: Bu ölkələrin məqsədlərinin Türkiyənin sabitliyinə və əmin-amanlığına kölgə salmaqdır

BAYRAQDAR MEDİA – “60 milyon turist hədəfini təyin etdiyimizi və 46 milyard dollar turizm gəliri əldə etdiyimizi açıqladığımız gün səfirliklər vasitəsilə Türkiyəyə qarşı yeni psixoloji müharibəyə başladılar”.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Türkiyənin Azərbaycandakı səfirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, S.Soylu bəzi səfirlik və konsulluqların təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlanma qərarı alaraq Türkiyəyə qarşı psixoloji müharibəyə başladığını bildirib.

Bu ölkələrin məqsədlərinin Türkiyənin sabitliyinə və əmin-amanlığına kölgə salmaq olduğunu hər kəsin çox yaxşı bildiyini vurğulayan nazir, “Bu ölkədə səfirlər Türkiyəyə qarşı bəyannamə yayımlamışdılar.Bunun səbəbi Türkiyədə hüquqa müdaxilə etmək və Türkiyədə sabitliyi pozmaqdır. İstiqlal küçəsində bombalı hücumun, Hatayda polis məntəqəsinə edilən hücumun 2022-ci ildə səfirlərin imzaladığı bəyannamədən bir fərqi yoxdur, eynisidir. İçlərində qalmış böyük planın bir hissəsidir. Türkiyəyə qarşı yayımladıqları bəyannamədə hansı səfir bu bəyannaməni imzalamağı tövsiyə edibsə, Türkiyədə təxminən 3-4 gündür bir DEAŞ hadisəsi üzərindən səfirliklərin, bəzi ibadət yerlərinin təhlükə altında olduğunu ortaya qoyaraq, bir qurumumuza verdiyi kəşfiyyat xarakterli bir qeydlə digər səfirlərə də “Biz bağlayırıq, siz də bağlayın” düşüncəsini aşılayaraq, 60 milyon turist hədəfi qoyduğumuz bir gündə, 51 milyon turistin gəldiyini, 46 milyard dollar turizm gəliri əldə etdiyimizi açıqladığımız bir gündə Türkiyədə yeni psixoloji müharibəyə başlamaq ərəfəsində olublar” deyib.

Qeyd edək ki, Türkiyə ilə bağlı təhlükəsizlik xəbərdarlığı edən və ya bəzi diplomatik və konsulluq nümayəndəliklərini müvəqqəti bağlayan ABŞ, Hollandiya, İsveçrə, İsveç, İngiltərə, Almaniya, Belçika, Fransa və İtaliyanın bu ölkədəki səfirləri və nümayəndələri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq Ankaranın mövqeyi çatdırılıb.

Mission News Theme by Compete Themes.